Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir.

26 fevral 2019 | 16:00

26.02.2019-ci il tarixdə da Qusar  rayon İcra Hakimiyyətinin akt zalında Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayonun idarə və müəssisə rəhbərləri həmçinin ağsaqqallar və məktəblilər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov Xacalı faciəsinin insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşdüyünü, XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd etdi. Faciə qurbanlarının xatirəsi bir dəqiqəllik sükütla yad edildi. Daha sonra çıxışlara başlanıldı. Tədbirin davamı olaraq daha sonra Mədəniyyət Mərkəzində kitab sərgisi və ədəbi bədii kompozisiya nümayiş olunmuşdur. Həmçinin Rəsm Qalereyasında Xocalı Soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olundu.

Keçidlər