Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Vətən müharibəsində həlak olmuş ilk üç şəhidin il dönümü qeyd olunmuşdur.

02 oktyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 ilötür. Azərbaycanın İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğullarından Zamanov Sənan Qahir oğlunun, Kürəbəyov Mayıl Kamran oğlunun,Balabəyov Ramil Ruslan oğlunun ildönümləri qeyd olunub. İldönümü mərasimlərində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Qusar rayon polis şöbəsinin rəisi Eldar İlyasov, Millət Vəkili Azər Badamov, Rayonun digər İdarə və müəssə rəhbərləri,şəhidlərin ailə üzvləri, yaxınları, doğmaları, rayon sakinləri iştirak ediblər. Şəhidlərin Qusar şəhərində şəhidlər xiyabanında yerləşən məzarları ziyarət olunub, tər qərənfillər düzülüb, ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər. Şəhid valideyinləri şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəklərini söyləyiblər.

Keçidlər