Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Zərbəliyev Aşurəli Səfərəli oğlu və İbrahimov Tofik Polad oğlunu Anım mərasimləri qeyd olundu

11 oktyabr 2021 | 16:00

11 oktyabr 2021-ci il tarixdə Qusar rayonunda 44 günlük Vətən müharibəsinin şəhidləri Zərbəliyev Aşurəli Səfərəli oğlu və İbrahimov Tofik Polad oğlunun anım mərasimləri, böyüyüb başa çatdıqları Düztahir və Quxuroba kəndlərində keçirilib. Anım mərasimində Qusar rayon İcra Hakimiyyətinin birinci müavini Şahid Fərəməzov, rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları, şəhidlərin ailə üzvləri iştirak ediblər. Şəhidlərimiz Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Zərbəliyev Aşurəli Səfərəli oğlunun Quxuroba,  İbrahimov Tofik polad oğlunun Düztahir kənd qəbristanlığında yerləşən məzarları ziyarət olunub, tər qərənfillər düzülərək ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Daha sonra qonaqlar igid vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər. Vətənə olan borcunu şərəflə yerinə yetirdiyi üçün hər iki şəhid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", və «Füzulinin azad olunmasına görə»   medalları ilə təltif edilmişdir. Şəhid ataları Səfərəli Zərbəliyev və Polad İbrahimiov şəhid ailəsi kimi hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Keçidlər