Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Şəhid Əhmədov Turalın ildönümü qeyd olundu

23 oktyabr 2021 | 16:00

23 oktyabr 2021-ci il tarixdə Qusar rayonunun Mucuq kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədov Tural İzzətulla oğlunun  əziz xatirəsi ildönümündə ehtiramla anılıb. İldönümü  tədbirində  Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdüri Turab Allahverdiyev, millət vəkili Azər Badamov YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları, şəhidin ailə üzvləri iştirak etmişdir. İldönümü şəhidin məzarının ziyarəti ilə başlanmış, məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunulmuşdur. Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır. Vətəndaşlıq borcunu yerinə yetirən Tural Əmədov  Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Əhmədov Tural İzətulla  oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azadolunmasına görə”, “Cəsur döyüşçü”  medalları ilə təltif edilmişdir.Şəhidin yaxın qohumları dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhid Əhmədov Turalla və onun kimi igid vətən oğulları ilə hər zaman qürur duyduqlarını söyləyiblər.

Keçidlər