Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Ağayev Ağa Əli oğlunun şəhid olmasının ildönümü qeyd olunub.

25 oktyabr 2021 | 16:00

24 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Yeni Həyat kəndində şəhid Ağayev Ağa Əli oğlunun həlak olmasının il dönümü qeyd olunub. Mərasimdə Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdüri Turab Allahverdiyev, millət vəkili Azər Badamov YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları və ailə üzvləri iştirak etmişdir. İldönümü şəhidin məzarının ziyarəti ilə başlanmış, məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunulmuşdur. Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır. Vətəndaşlıq borcunu yerinə yetirən  Ağayev Ağa Əli oğlu Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Ağayev Ağa Əli oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə ”  medalları ilə təltif edilmişdir. Şəhidin valideyinləri və yaxın qohumları dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər