Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Xeyirbəyov Malik Samik oğlunun şəhid olmasının ildönümü qeyd olunub.

30 oktyabr 2021 | 16:00

30 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Cibir kəndində şəhid Xeyirbəyov Malik Samik  oğlunun həlak olmasının il dönümü qeyd olunub. İldönümü mərasimində Qusar Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Turab Allahverdiyev, Millət vəkili Azər Badamovrayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları,şəhidin döyüş yoldaşları,ailə üzvləri iştirak etmişdir.İldönümü şəhidin məzarının ziyarəti ilə başlanmış, məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunulmuşdur. Daha sonra şəhidin ailəsi ziyarət olunaraq onları narahat edən məsələlər ətrafında söhbət aparılmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhid Xeyirbəyov Malik Samik  oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.

Keçidlər