Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

1 noyabr tarixdə şəhid Şixəliyev Anvar Vadimoviçin il dönümü mərasimi keçirilib

01 noyabr 2021 | 16:00

1 noyabr 2021-ci il tarixdə Qusar rayonu Xürel kəndində şəhid Şixəliyev Anvar Vadimoviçin həlak olmasının il dönümü qeyd olunub. İldönümü mərasimində Qusar Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Turab Allahverdiyev,rayonun digər idarə və müəssisə rəhbərləri, kənd sakinləri, doğmaları,şəhidin döyüş yoldaşları,ailə üzvləri iştirak etmişdir.İldönümü şəhidin məzarının ziyarəti ilə başlanmış, məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunulmuşdur. Daha sonra şəhidin ailəsi ziyarət olunaraq onları narahat edən məsələlər ətrafında söhbət aparılmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhid Şixəliyev Anvar Vadimoviç  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü ”, “Şücaətə görə”, medalları ilə təltif olunub. Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.

Keçidlər