Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda ikinci Qarabağ Vətən müharibəsi qaziləri ilə görüş keçirilmişdir.

12 noyabr 2021 | 16:00

12 noyabr 2021-ci il tarixdə  Qusar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ikinci Qarabağ Vətən müharıbəsi qaziləri ilə görüş keçirilmişdir. Görüşdə Qusar rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov, hüquq mühafizə orqanları rəhbərləri, müəssisə, təşkilat rəhbərləri və Qusar rayonundan olan qazilər iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı ilk öncə çıxış edərək Vətən müharibəsində iştirak etmiş və öz sağlamlıqlarını itirmiş qazilərə minnətdarlığını bildirmiş, onları narahat edən məsələlərin daima ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləmişdir. Tədbirdə qazilər fərdi olaraq dinlənilmiş və onları narahat edən məsələlər ətrafında müzakirələr aparılmışdır. Qazilər əsasən təbii qaz, işıq, internet və digər məişət zəminli probləmlərinin olduğunu qeyd etmiş və rayon İcra Hakimiyyəti başçısı tərəfindən qeyd olunan problemlərin həlli üçün  aidiyyəti üzrə yerindəcə tapşırıqlar verilmişdir.

Keçidlər