Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Cavadov Rəşad Fərzəli oğlunun ildönümü qeyd olundu

22 yanvar 2022 | 16:00

Şəhid Cavadov Rəşad Fərzəli oğlunun ildönümü qeyd olundu

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Cavadov Rəşad Fərzəli oğlunun yoxluğundan artıq 1 il ötür. Azərbaycanın İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igid Vətən oğlu Cavadov Rəşad Fərzəli oğlunun ildönümü dünyaya göz açdığı Qusar rayonunun Hil kəndində qeyd olunub. İldönümü mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısının Birinci müavini Şahid Fərəməzov, Aparatın digər əməkdaşları, rayonun idarə  müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları və kənd sakinləri iştirak etmişdir. Tədbir şəhidin məzarının  ziyarəti ilə başlanıb, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Daha sonra qonaqlar igid vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyib, əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Cavadov Rəşad Fərzəli oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidin valideyinləri şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edib, ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Vətən uğrunda şəhid olan igid vətən oğulları ilə hər zaman fəxr edəcəklərini söyləyiblər.

Keçidlər