Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

8 Mart Beynəlxalq Qadınlar günü qeyd olunub

08 mart 2018 | 16:00

7 mart 2018-ci ildə Mərkəzi Mədəniyyət Sarayında 8 Mart Beynəlxalq Qadınlar günü qeyd olundu. İlk öncə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və tədbir iştirakçıları Sarayın foyesində düzənlənən rayon qadınlarının əl işlərindən ibarət, onların müxtəlif sahələrdə əldə etdikləri uğurlarından bəhs edən sərgi ilə tanış oldular. Rayon başçısı öz çıxışında bütün qadınları təbrik edərək onlara  möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb. Sonra rayonun iqtisadi, ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadına fəxri Fərmanlar, qiymətli hədiyyələr və gül dəstələri təqdim olundu. Tədbirdə cənab Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 mart 2018-ci il tarixli Sərəncamı ilə Qusar şəhər 6 saylı tam orta məktəbin direktoru Nairə Rauf qızı Kliçovanı “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edərək medalı təqdim edib. Bayram tədbiri Respublikanın xalq artisti Niyaməddin Musayevin və digər incəsənət ustaların rəngarəng ifaları ilə davam olundu. 

 

 

 

Keçidlər